Emaye basqılı boya
Şüşənin səthinə müxtəlif dizaynda, effektlərdə və rəngdə xüsusi avadanlıq vasitəsi ilə özəl hazırlanmış boya işlənilir. Sonrakı mərhələdə boyanmış şüşə qurudulma və temperlənmə prosesindən keçir və bunun nəticəsində boya cızılmalara və digər kənar təsirlərə davamlı hala gəlir.