Temperli Şüşələr
Temperli Şüşələr Temperləmə prosesi şüşəyə isitmə və soyutma mərhələri tətbiq etməklə şüşəyə davamlılıq və möhkəmlik qazandırır. Temperləmə prosesi tam və yarım olmaq üzrə iki yerə ayrılır. Tam temperli şüşələr tempersiz sadə şüşəyə nisbətən təxminən 5 qat daha zərbəyə davamlı olur; qırılan zaman isə xırda pul-pul olub dağılır və yaralanma riskini azaldır buna görədə təhlükəsizlik şüşələri sinifinə aid edilir. Fərqli soyutma mərhələləri tətbiq etməklə yarım temperli şüşələr əldə olunur hansı ki, adi şüşə ilə müqayisədə təxminən 2 dəfə daha zərbəyə davamlı olur və buna görədə təhlükəsizlik şüşələri sinifinə aid edilmir. Temperləmə prosesindən sonra şüşədə qumlama xaric heç bir emal prosesi aparıla bilmir. Temperləmə prosesindən sonra şüşənin səthində müəyyən "hava izləri" və ya "temperləmə izləri" deyilən xəttlər meydana gələ bilir; bu izlər yerə paralel olub qaçınılmaz və önlənəbilməyən təbii izlərdir. Buna görədə bu kimi izlər qüsur olaraq qəbul edilməməlidir. Şüşənin tərkibində olan Nikkel SUlfit maddəsinə görə tam temperli şüşələrdə ani qırılma riski mövcuddur. Bu risk tələb olunduğunda şüşələr "heat soak" adı verilən testdən keçirilərək tam aradan qaldırıla bilməsədə müəyyən dərəcədə azaldıla bilər.