Gülləkeçirtməz şüşələr
Gülləkeçirtməz şüşələr silahlı hücumlara qarşı qoruma sağlayan çox qatlı laminat şüşələrdir. Ehtiyac duyulduğunda şüşə qatları temperli olaraqda istifadə oluna bilər. Bəzi hallarda şüşə parçacıqlarının iç tərəfə dağılmasını önləmək üçün polikarbon lövhə tətbiqi ilədə istehsal edilir. Güllə keçirtməz şüşələr ümumiyyətlə asimmetrikdirlər və düzgün pozisiyada istifadə olunduqları zaman güllə keçirtməz sinifinə aid olurlar. Güllə keçirtməz çox qatlı laminat şüşə vahidləri ikiqat şüşə paketdə istifadə olunacaqlarsa, o zaman laminat şüşə potensial zərbənin olma ehtimalı olan yerdən digər tərəfdə tətbiq olunmalıdır.