Xəbərdarlıq
Laminat şüşə vahidlərinin statik və mexaniki hesablamaları montaj edən firmaya aiddir. Şüşə kombinasiyasından yaranabiləcək problemlərdən AZƏRGLASS firması məsul deyildir. Laminat şüşələrin saxlanma şəraiti çox önəmlidir. Montajdan öncə və sonra, laminat şüşələr yağış, qar suyu, hər hansı bir kimyəvi maddə, yüksək nəmişlik, temperatur və s. başqa digər kənar təsirlərə məruz qalmamalıdır. Montaj öncəsi laminat şüşələr beton və ya torpaq səth üzərində, yaş və ya rütubətli şəraitdə saxlanılmamalıdır. Laminat şüşələrin kənarlarının və varsa səthində olan deşiklərin həm nəmli hava həmdə suynan təması əngəllənməlidir əks halda AZƏRGLASS firması bundan yaranabiləcək hər hansı problemə görə məsuliyyət daşımır. Laminat şüşələrin daşınması uyğun şəraitdə və düzgün şəkildə edilməlidir. Laminat şüşə vahidləri mexaniki zərbəyə məruz qalmamalıdırlar.